2009-cu ildən etibarən sizin xidmətinizdəyik...
Sirkətimiz 2009 cu ildə Prof.DAC MMC adı ilə fəaliyyətə başlamışdır bu illər ərzində bir çox lahiyələrə start verilmişdir və müvəffəqiyyətlə təhvil verilmişdir .Bundan sonra 2017 ci ildə şirkətimizi böyüdərək AGAH GROUP MMC adı altında fəaliyyət göztərməyə başlamışıq və hal hazırda şirkətimiz böyük lahiyələrə imza atmaqda davam edir
Şirkətin qurulmasında əsas məqsədimiz inşaat sektorunda mövcud olan problemli məsələlərin həlli istiqamətində qarşıya qoyulan məqsədə nail olmaq üçün ən son yeniliklərin tətbiq olunmasıdır. Özəlliklə sənaye obyektlərinin inşaası üzrə ən çox qarşılaşdığımız məsələlərdən biri olan zaman məvhumunu qabaqlamaq və qısa müddət ərzində inşaat obyektinin ( müəssisə, zavod, fabrik və s.) istismara təhvil verilməsini təmin etmək hazırkı dövrümüzdə belə hər bir sərmayədarın əsas və ilk hədəfidir. Təbii ki, bildiyimiz kimi müəssisənin ən qısa zamanda fəaliyyət göstərməsi zamanla bu müəssisəyə yatırılan vəsaitin geriyə dönməsi və əlavə kapitalın yaranmasına təminat verir.
AGAH GROUP MMC tikinti Şirkətin göstərdikləri xidmətlər aşağıdakı kimidir
Anbarlar binaları
İstehsalat sahələri
Prefabrik binalar
Heyvandarlıq kompleksləri
Təmir tikinti işləri
Firmamız Sendviç Panelin satışı və obyektlərdə montajı üzrə çox profesional bir işçi heyəti ilə təmin edilmişdir. Sendviç panel dediyimiz zaman ilk növbədə sənaye obyektlərinin qısa zaman içində qurulması və istismara təhvil verilməsi kimi bildirmişik. Həmçinin qeyd etmək istəyirik ki, bu inşaat materialından istifadə edilən obyektlərin çox mükəmməl səs və istilik izolyasıya texnolojisi mövcuddur. Soyuq hava anbarlarının hazırlanmasında bu materialın əvəzdecicisi yoxdur
Metal konstruksiyalar böyük aşırımlı örtüklər ictimai və хüsusi təyinatlı binalarda, həmçinin istehsalat binalarında tətbiq olunur. İctimai binalara – sərgi pavilyonları, konsert və idman zalları, örtülü stadion və bazarlar, vağzallar və s. aid edilir. Хüsusi təyinatlı binalar – anbarlar, qarajlar, xüsusi parklar və s. aralıq sütunlarsız layihələndirilir, bu da maşınların yerləş-dirilməsi və köçürülməsi ilə əlaqədardır. Böyük aşırımları örtən sistemlər adətən bir aşırımlı layihələndirilir ki, bu da istismar tələblərin-dən – aralıq dayaqların olmamasından irəli gəlir. Böyükaşırımlı qurğuların müхtəlif təyinatlılığı istismar şərtlərinin və binalara verilən memarlıq tələbatlarının fərqliliyini, bu da öz növbəsində konstruktiv həllərin müхtəlifliyini zəruri edir
Hal hazırda bu sahədə yeniliklər davam etməkdədir. Zəmin sərtləşdirici sahəsində firmamız obyektlərin (sənaye, anbar, avto dayanacaq və s.) betonörtüklərinin sərtləşdirilməsi üzrə epoksi ilə üzlənməsi, poliureya maddəsi ilə üzlənməsi və inşaatda tətbiq edilən digər növ materialladan istifadəetməklə mükəmməl bir nəticənin əldə edilməsinə nail olmuşdur
Copyright © "Agah Group" MMC, Müəllif hüquqları qorunur.