2009-cu ildən etibarən sizin xidmətinizdəyik...

Sirkətimiz 2009 cu ildə Prof.DAC MMC adı ilə fəaliyyətə başlamışdır bu illər ərzində bir çox lahiyələrə start verilmişdir və müvəffəqiyyətlə təhvil verilmişdir .Bundan sonra 2017 ci ildə şirkətimizi böyüdərək AGAH GROUP MMC adı altında fəaliyyət göztərməyə başlamışıq və hal hazırda şirkətimiz böyük lahiyələrə imza atmaqda davam edir

Şirkətin qurulmasında əsas məqsədimiz inşaat sektorunda mövcud olan problemli məsələlərin həlli istiqamətində qarşıya qoyulan məqsədə nail olmaq üçün ən son yeniliklərin tətbiq olunmasıdır. Özəlliklə sənaye obyektlərinin inşaası üzrə ən çox qarşılaşdığımız məsələlərdən biri olan zaman məvhumunu qabaqlamaq və qısa müddət ərzində inşaat obyektinin ( müəssisə, zavod, fabrik və s.) istismara təhvil verilməsini təmin etmək hazırkı dövrümüzdə belə hər bir sərmayədarın əsas və ilk hədəfidir. Təbii ki, bildiyimiz kimi müəssisənin ən qısa zamanda fəaliyyət göstərməsi zamanla bu müəssisəyə yatırılan vəsaitin geriyə dönməsi və əlavə kapitalın yaranmasına təminat verir. 

AGAH GROUP MMC tikinti Şirkətin göstərdikləri xidmətlər aşağıdakı kimidir


Anbarlar binaları

  • Soyuq hava depoları. (Meyvə və tərəvəz üçün soyuq hava depoların tikilməsi   Ət, süd, ərzaq və meyvə məhsullarının və balıqların saxlanması üçün depolar)
  • Anqarlar.
  • İstehsalat anbarları.
  • Ərzaq anbarları


İstehsalat sahələri

  • Sənaye məhsulları istehsalı üçün 
  • Ərzaq məhsullarının istehsalı üçün



Prefabrik binalar

  • Konteynerlər
  • Prefabrik ofis binaları
  • Işçi kampları
  • WC konteynerlər
  • Daşınabilər Soyuducu konteynerləri
  • Qeyri-yasayış sahələrinə aid ofis binaları


Heyvandarlıq kompleksləri

  • Quşçuluq fabriklərin tikilməsi
  • İnkubatorların tikilməsi.
  • Iri buynuzlu heyvanların saxlanılması üçün fermalar
  • Heyvandarlıq komplekslərinin tərkibində koməkçi binaların tikintisi


Təmir tikinti işləri

  • Epoksit döşəmələrin vurulması
  • Ofis və iaşə obyektlərinin daxilində və xaricində təmir işləri
  • Metal konstruksiyaların işlənməsi
  • Dəmir beton konstruksiyaların işlənməsi.
  • Dam örtüklərinin vurilması
  • Kommunikasiya işləri , elektrik, santexnik və digərləri


Firmamız Sendviç Panelin satışı və obyektlərdə montajı üzrə çox profesional bir işçi heyəti ilə təmin edilmişdir. Sendviç panel dediyimiz zaman ilk növbədə sənaye obyektlərinin qısa zaman içində qurulması və istismara təhvil verilməsi kimi bildirmişik. Həmçinin qeyd etmək istəyirik ki, bu inşaat materialından istifadə edilən obyektlərin çox mükəmməl səs və istilik izolyasıya texnolojisi mövcuddur. Soyuq hava anbarlarının hazırlanmasında bu materialın əvəzdecicisi yoxdur


Metal konstruksiyalar böyük aşırımlı örtüklər ictimai və хüsusi təyinatlı binalarda, həmçinin istehsalat binalarında tətbiq olunur. İctimai binalara – sərgi pavilyonları, konsert və idman zalları, örtülü stadion və bazarlar, vağzallar və s. aid edilir. Хüsusi təyinatlı binalar – anbarlar, qarajlar, xüsusi parklar və s. aralıq sütunlarsız layihələndirilir, bu da maşınların yerləş-dirilməsi və köçürülməsi ilə əlaqədardır. Böyük aşırımları örtən sistemlər adətən bir aşırımlı layihələndirilir ki, bu da istismar tələblərin-dən – aralıq dayaqların olmamasından irəli gəlir. Böyükaşırımlı qurğuların müхtəlif təyinatlılığı istismar şərtlərinin və binalara verilən memarlıq tələbatlarının fərqliliyini, bu da öz növbəsində konstruktiv həllərin müхtəlifliyini zəruri edir


Hal hazırda bu sahədə yeniliklər davam etməkdədir. Zəmin sərtləşdirici sahəsində firmamız obyektlərin (sənaye, anbar, avto dayanacaq və  s.) betonörtüklərinin sərtləşdirilməsi üzrə epoksi ilə üzlənməsi, poliureya maddəsi ilə üzlənməsi və inşaatda tətbiq edilən digər növ materialladan istifadəetməklə mükəmməl bir nəticənin əldə edilməsinə nail olmuşdur