Sandviç panel

Sandviç panellər iki boyalı, sinkli metal arasında penoplastla, köpüklə və ya taşyünü ilə tamamlanan, izolyasiya (qoruma) məqsədli istehsal edilən bir inşaat materialıdır. Binaların dam, cəbhə, daxili hissələrində və ya soyuq hava otaqlarında istifadə edilən sandviç panellər həmin sahələrdə isti və soyuğa, səsə qarşı izolyasiya funksiyasını yerinə yetirər və nəmişliyin qarşısını alır. Firmamız Sendviç Panelin satışı və obyektlərdə montajı üzrə çox profesional bir işçi heyəti ilə təmin edilmişdir. Sendviç panel dediyimiz zaman ilk növbədə sənaye obyektlərinin qısa zaman içində qurulması və istismara təhvil verilməsi kimi bildirmişik. Həmçinin qeyd etmək istəyirik ki, bu inşaat materialından istifadə edilən obyektlərin çox mükəmməl səs və istilik izolyasıya texnolojisi mövcuddur. Soyuq hava anbarlarının hazırlanmasında bu materialın əvəzdecicisi yoxdur.


Epoksid işləri

Epoksid yer örtükləri, qatı maye halında beton səth üzərinə tətbiq edilən, yüksək dözümlülük və müqavimətə sahib olan qətran əsaslı sərt yapışma xüsusiyyətli, eyni zamanda ağır yük götürmə qabiliyyətinə malik olan yer örtüyü sistemidir. Agah Group müxtəlif qalınlıqlarda və geniş rəng seçimi ilə beton səth üzərinə tətbiq edilə bilir və çox qısa bir vaxt ərzində istifadəyə verilməsi mümkündür.


Epoksid multi-layer sistemi

Fabriklər, ticarət mərkəzləri, anbarlar, soyuq hava depoları, yanacaq doldurma mənətəqələri, qarajlar, mütəmadi olaraq su ilə təmasda olan sahələrdə, sürüşməzliyin tələb edildiyi sahələrdə, piyada və nəqliyyatların işlədiyi sahələrdə tətbiq edilə bilən sağlam və müqavimətli epoksid yer örtüyü sistemidir. Dərzsiz və əlavə yeri olmadan tətbiq edilə bilir, toz tutmur, asan təmizlənir, gigyenikdir, aşınma və zərbələrə dözümlüdür, turşulara və kimyəvi təsirlərə qarşı yüksək müqavimətlidir.